Bu veb saytdan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırkı “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir. “Məxfilik siyasəti” www.payment.tnetwork.az veb saytında toplanan məlumatlara aiddir və bu veb saytda qeydiyyatdan keçməklə, siz, “Məxfilik siyasəti”nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, biz yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların bizim tərəfdən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.
Şəxsi məlumatların toplanması
Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, sizin adınız və poçt ünvanınız, doğum tarixiniz, telefon nömrəniz, elektron poçtunuzun ünvanı və qeydiyyatdan keçərkən və ya sorğu aparılarkən könüllü toplanmış istənilən digər məlumatlar.
Siz bizə məlumatlarınızı təqdim etməklə həmin məlumatların bu İstifadə şərtlərinə və məxfilik siyasətinə uyğun olaraq emal edilməsinə razılığınızı bildirirsiniz.
Toplanmış məlumatların istifadəsi
Biz sizin məlumatlarınızı aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
Tələblərinizə cavab vermək məqsədilə xidmətlərimizi yaxşılaşdırmaq və təkmilləşdirmək üçün müştərilərimiz və onların tələbləri ilə daha yaxından tanış olmaq.
Sizi daha yaxşı müştəri dəstəyi ilə təmin etmək.
Sizinlə ünsiyyət qurmaq.
Məxfiliyin dəstəklənməsi
Şirkət bu İstifadə şərtlərinin və məxfilik siyasətinin istənilən vaxt və məlumatların qorunması üzrə tətbiq oluna bilən tədbirlərdəki və şəxsi həyatın toxunulmazlığı haqqında qanunvericiliyində dəyişikliklərə cavab olaraq dəyişdirilməsi və ya yeniləşdirilməsi hüququnu özündə saxlayır.
Cookies
Biz sizin şəxsi məlumatlarınızın toplanılması üçün cookies-dən istifadə etmirik.
Üçüncü tərəflər
Qanunvericiliyə müvafiq olaraq və ya Ödəniş Sistemi Təminatçısı kimi üçüncü tərəf xidmət təminatçıları və ya digər tranzaksiya prosessoru tərəfindən tələb olunmadığı halda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmürük.
Məlumatların qorunması
Biz kredit kartların məlumatlarını saxlamırıq və kredit kartıilə bütün əməliyyatlar bankın saytında həyata keçir.
Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edirik. Xidmətlərimizdə SSL şifrələməsini fəal şəkildə istifadə edirik. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək və ya ödənişlərin həyata keçməsi) şəxsi məlumatlara giriş edə bilər.
Dəyişiklik və yeniləşmə
Biz məxfilik siyasətini dəyişmək hüququnu özümüzdə saxlayırıq. Məxfilik Siyasətində hər-hansı dəyişiklik saytda yerləşdiriləcək.